Nadir Adilov: "İndiyədək 60 mediator barəsində intizam icraatı aparılıb"

Nadir Adilov: "İndiyədək 60 mediator barəsində intizam icraatı aparılıb" "Mediasiya Şurası fəaliyyətə başlayandan indiyədək 60 mediator barəsində intizam icraatı aparılıb".
Hadisə
26 İyul , 2022 11:06
Nadir Adilov: İndiyədək 60 mediator barəsində intizam icraatı aparılıb
Nadir Adilov

"Mediasiya Şurası fəaliyyətə başlayandan indiyədək 60 mediator barəsində intizam icraatı aparılıb".

"Report"un məlumatına görə, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllidə dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə deyib.

O bildirib ki, 60 mediatorun 8-i barəsində 6 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması dair intizam məsuliyyəti, 1 mediator barəsində 3 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına dair intizam məsuliyyəti, 14 mediator barəsində töhmət intizam məsuliyyəti tətbiq edilib".

N.Adilov qeyd edib ki, 30 mediatorun hərəkətlərində “Mediasiya Haqqında” qanununun tələblərinin pozulması faktı aşkar edilmədiyindən barələrində aparılan intizam icraatına xitam verilib: "Bir mediator barəsində araşdırma davam edir".

Son xəbərlər

Orphus sistemi