İmişlidə ölüm və xəsarətlə nəticələnən yol qəzası olub

İmişlidə ölüm və xəsarətlə nəticələnən yol qəzası olub İmişlidə iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
7 Sentyabr , 2021 00:38
İmişlidə ölüm və xəsarətlə nəticələnən yol qəzası olub

İmişlidə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Cəfərli kəndində qeydə alınıb.

Belə ki, motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Yaralılardan biri - İmişli rayon sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Rayonun digər sakini, 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi