İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi

İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Hadisə
12 Aprel , 2021 11:12
İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı rayonun Şahverdili kənd sakini Nail Əzimov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz qohumuna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən 2 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib

Son xəbərlər

Orphus sistemi