Yuxarı
    Bağlamaq

    İmişlidə qatar avtomobillə toqquşub: 2 yaralı

    Faktla bağlı araşdırma aparılır.

    Bakı. 29 sentyabr. REPORT. AZ / İmişlidə qatarla avtomobilin toqquşması iki nəfərin xəsarət alması ilə nəticələnib. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli rayonunun ərazisində Bəhrəmtəpə-Beyləqan dəmiryolunda qeydə alınıb.

    Belə ki, Füzuli rayonunun Horadiz qəsəbəsinin sakini, 1988-ci il təvəllüdlü Elçin Rasim oğlu Ağayev idarə etdiyi "Mersedes" markalı avtomobillə dəmiryolunu keçmək istərkən qatarla toqquşub. Nəticədə sürücü və avtomobildə olan Füzulu rayon sakini, 1986-cı il təvəllüdlü Tofiq Əhməd oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı dərhal İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlara ilk tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsində yerləşdirlib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi