İmişlidə iki avtomobil toqquşdu

İmişlidə iki avtomobil toqquşdu İmişli rayonunda yol qəzası baş verib.
Hadisə
2 İyul , 2020 23:20
İmişlidə iki avtomobil toqquşdu

İmişli rayonunda yol qəzası baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, şəhərin əsas prospektində “Chevrolet” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi