İmişlidə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

İmişlidə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır İmişlidə qətl hadisəsi törətməkdə təqsirləndirilən Abbas Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
16 Mart , 2021 09:12
İmişlidə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

İmişlidə qətl hadisəsi törətməkdə təqsirləndirilən Abbas Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Xamməd Nuriyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında İmişli rayonunda baş verib.

Rayonun Buludlu kənd sakini 1979-cu il təvəllüdlü Əliyev Malik Fəramiz oğlu həmkəndlisi, 1986-cı il təvəllüdlü Məmmədov Abbas Elbrus oğlu tərəfindən bıçaqla qətlə yetirilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi