İmişlidə ev içindəki əşyalarla birgə yandı

İmişlidə ev içindəki əşyalarla birgə yandı ​​​​​​​İmişli rayonunda yanğın hadisəsi baş verib
Hadisə
19 Mart , 2021 22:27
İmişlidə ev içindəki əşyalarla birgə yandı
0 : 00
0 : 00

İmişli rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Soltanmuradlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Camalov Əyyub Əli oğluna məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Yanğın zamanı ailə üzvləri evdə olmayıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Buna baxmayaraq, bir mərtəbədən ibarət ev içindəki əşyalarla birlikdə yanaraq külə dönüb.

Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi