İmişlidə dələduzluq edən qadın saxlanılıb

İmişlidə dələduzluq edən qadın saxlanılıb İmişli rayonunda dələduzluqla məşğul olan qadın saxlanılıb.
Hadisə
1841
8 Avqust , 2020 11:37
İmişlidə dələduzluq edən qadın saxlanılıb

İmişli rayon sakini Sevda Quliyeva dələduzluğa görə saxlanılıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis Şöbəsininin əməliyat-axtarış tədbirləri həyata keçiriblər. 

İstintaq tədbirləri zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda etdiyi dələduzluq əməlləri də üzə çıxıb. Belə ki, adı çəkilən şəxs etibardan sui-istifadə edərək 2019-cu ildə Sarızadə Şəmayil Qara qızına yalan vəd verərək onun 2 000 manat pulunu ələ keçirib. Həmçinin S.Quliyeva rayon sakini Xanmədova Züleyxa adlı şəxsidə müxtəlif bəhanə ilə aldadaraq 9 000 manat dəyərində 108 qram çəkidə qızıl zinət əşyaları əldə edərək dələduzluq edib.

Bundan başqa, Sevda Quliyeva rayon sakini Şahin Əhmədovu aldadaraq ona avtomobil satmaq adı ilə ziyan vurub. Eyni əməllə S.Quliyeva rayon sakini Zəkəray Cəfərovu da aldadıb. Eyni zamanda adıçəkilən şəxs saxta ABŞ dollarından istifadə edərək qızıl zinət satıcısı olan Ağacanov Tofiqə qarşı dələduzluq edib.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 204.1 maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Saxlanılan şəxs tərəfindən zərər çəkən sakinlər İmişli rayon Polis şöbəsinə müraciət etmələri bildirilir.

Son xəbərlər

Orphus sistemi