İmişlidə COVID-19 xəstələrinə cinayət işi başlanılıb

İmişlidə COVID-19 xəstələrinə cinayət işi başlanılıb İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Hadisə
26 Noyabr , 2020 17:39
İmişlidə COVID-19 xəstələrinə cinayət işi başlanılıb

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – E.Qəhrəmanov və P.Hüseynov koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq, yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldıqları müvafiq ünvanlara aparılıb.

İmişli RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi