İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
10 Yanvar , 2022 22:43
İmişlidə avtomobil piyadanı vuraraq öldürüb
0 : 00
0 : 00

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəmmədli kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyada, Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi