İmişlidə avtomobil uşaqları vurdu, ölən və yaralanan var - YENİLƏNİB

İmişlidə avtomobil uşaqları vurdu, ölən və yaralanan var - YENİLƏNİB İmişli rayonunda bir uşagın ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
20 Fevral , 2021 23:17
İmişlidə avtomobil uşaqları vurdu, ölən və yaralanan var - YENİLƏNİB

İmişlidə avtomobilin vurduğu uşaqların şəxsiyyətləri məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Aranlı kənd sakinləri - 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlu və həmyaşıdı Hüseynli Umud Musa oğludur.

Qeyd edək ki, hadisə axşam saatlarında Aranlı kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Elə bu zaman avtomobil yolu keçmək istəyən, iki uşağı vurub. Nəticədə onlardan biri ölüb. Digəri isə ilk tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

22:58

İmişli rayonunda bir uşağın ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Aranlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Elə bu zaman avtomobil yolu keçmək istəyən, 8 yaşlı iki uşağı vurub. Nəticədə uşaqlardan biri ölüb. Digəri isə ilk tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Hazırda hər iki uşağın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi