​Xəzərdə Azərbaycan vətəndaşı olan iki balıqçı itkin düşüb

​Xəzərdə Azərbaycan vətəndaşı olan iki balıqçı itkin düşüb Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub
Hadisə
13 Fevral , 2015 12:08
​Xəzərdə Azərbaycan vətəndaşı olan iki balıqçı itkin düşüb

Bakı. 13 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxıb və geri qayıtmayıb. “Report”un xəbərinə görə, məlumatı FHN-in rəsmi saytı yayıb.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi