"İdeal”ın keçmiş sahibinin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

"İdeal”ın keçmiş sahibinin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Hadisə
6 aprel 2022 07:56
İdeal”ın keçmiş sahibinin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
İlqar İsmayılov

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bu barədə “Report"a onun müdafiəçiləri məlumat verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə baxılacaq. İş üzrə ilkin baxış iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.İsmayılov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi