İdarə rəisi: "Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır"

İdarə rəisi: "Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır" Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır.
Hadisə
27 dekabr 2023 07:25
İdarə rəisi: Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır

Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır.

“Report” xəbər verir ki, bunu Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev Prokurorluğun instaqram hesabındakı canlı yayımında deyib.

O bildirib ki, intihar edənlər arasında kişilər qadınlarla müqayisədə 3 dəfə üstünlük təşkil edir: "Səbəblər sırasında daha çox xəstəlik və psixoloji hallar olur. Uğursuz sevgi, ailədaxili münaqişələr müşahidə edilir. Ümumilikdə intihar halları ilə bağlı mütəmadi araşdırmalar aparılır. Əgər intihara sövq varsa, prokurorluqda müvafiq iş görülür”.

Son xəbərlər

Orphus sistemi