İcra başçısının müavini: "Siyəzənin tullantı konteynerləri ilə təminatında problemlər var"

İcra başçısının müavini: "Siyəzənin tullantı konteynerləri ilə təminatında problemlər var" Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) vətəndaş şikayətindən sonra rayon mərkəzi üçün tullantı konteynerləri alıb.
Hadisə
15 fevral 2022 10:56
İcra başçısının müavini: Siyəzənin tullantı konteynerləri ilə təminatında problemlər var

Siyəzən rayonunun tullantı konteynerləri ilə təminatında problemlər var. Problemlərin aradan qaldırılması üçün Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) Kommunal Müəssisələri Kombinatının və Mənzil İstismar Sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilib.

“Report” xəbər verir ki, bu barədə Siyəzən RİH başçısının müavini Aqşin Ağayev bildirib.

Onun sözlərinə görə, RİH başçısının 19 yanvar tarixli sərəncamı ilə rayon ərazisində təmizlik ongünlüyü keçirilib:

“Tədbir çərçivəsində 31 ədəd bərk məişət tullantıları yığılan konteynerlər alınıb və şəhər ərazisində müxtəlif yerlərdə yerləşdirilib. Rayonun qəsəbə və kəndlərində, o cümlədən Bakı-Rusiya Federasiyası ilə Dövlət Sərhədi və Siyəzən-Məşrif avtomobil yolunun kənarlarında məişət tullantıları yığışdırılıb, “Xıdırzində” ziyarətgahı qarşısına asfalt örtüyü döşənib və digər abadlıq işləri görülüb. Bu istiqamətdə işlər davam etdirilir. Həyata keçirilən ardıcıl tədbirlər məişət tullantılarının vaxtında yığılması, daşınması işini yaxşılaşdırıb və şəhərin təmiz saxlanılmasına şərait yaranıb”.

“Bununla yanaşı, bu sahədə problemlər də var. Ona görə də tərəfimizdən Kommunal Müəssisələri Kombinatının və Mənzil İstismar Sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün aidiyyəti mərkəzi icrahakimiyyəti orqanlarına müraciət edilib”, - başçının müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi