"İceland" dondurmalarının istehsalçısına cərimə protokolu yazılıb

"İceland" dondurmalarının istehsalçısına cərimə protokolu yazılıb "Camal LTD" şirkətinə cərimə protokolu yazılıb
Hadisə
286
17 İyun , 2021 15:21
İceland dondurmalarının istehsalçısına cərimə protokolu yazılıb

"Camal LTD" şirkətinə cərimə protokolu yazılıb.

“Report”un məlumatına görə, protokol Xaçmaz Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim İlkin Xəlilovun icraatındadır.

Şirkətə prokotol İnzibati Xətalar Məcəlləsinin 428.7.1- ci (müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi ilə tərtib olunub.

Bu xətaya görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Camal LTD" şirkəti 1998-ci ildən "İceland" ticarət markası altında dondurma məhsullarını istehsal edir.

Son xəbərlər

Orphus sistemi