Yuxarı

İyirmi ildən sonra Azərbaycana qayıdan Astara sakinini öldürən şəxs həbs olunub

İyirmi ildən sonra Azərbaycana qayıdan Astara sakinini öldürən şəxs həbs olunub
O, qətli törədərkən hər ikisinin narkotik və alkoqolun təsiri altında olduğunu, keçmiş dostunu qisas və tamah məqsədi ilə öldürdüyünü söyləyib

Astara. 5 fevral. REPORT.AZ/ Astara sakinini qətlə yetirən şəxs tutulub. 

"Report"un Cənub bürosu xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Şiyəkəran kənd sakini, 33 yaşlı Bağırov Məhəbbət Pərviz oğlunu saxlayıb. 

Qətl törətməkdə şübhəli bilinən M.Bağırov istintaqa verdiyi ifadəsində Astara rayon Kolatan kənd sakini, uzun illər Rusiya Federasiyasında yaşayan tanışı 40 yaşlı Hüseynov Vüsal Qasım oğlunu qətlə yetirdiyini etiraf edib. 

O, qətli törədərkən hər ikisinin narkotik və alkoqolun təsiri altında olduğunu, keçmiş dostunu qisas və tamah məqsədi ilə öldürdüyünü söyləyib. Belə ki, Məhəbbət Bağırov keçmiş dostunun onu təhqir etməsini həzm edə bilməyib. Əlinə keçən boru parçası ilə onun təpə nahiyəsinə çoxsaylı zərbələr vuraraq öldürüb. Sonra üzərindəki 50 manat pulu götürərək oranı tərk edib.

Qeyd edək ki, hadisə fevralın 2-də Astara rayonunun Kolatan kəndində qeydə alınıb. İyirmi ilə yaxın Rusiya Federasiyasında yaşayan, bir neçə gün öncə doğulduğu kəndə qayıdan V.Hüseynovun meyiti tək yaşadığı evində tapılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi