“İTV”də baş verən yanğının ilkin səbəbi açıqlanıb

“İTV”də baş verən yanğının ilkin səbəbi açıqlanıb İctimai Televiziya və Radio Yayımları Şirkəti yanğınla bağlı rəsmi məlumat yayıb.
Hadisə
219
28 Sentyabr , 2019 03:01
“İTV”də baş verən yanğının ilkin səbəbi açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti yanğınla bağlı rəsmi məlumat yayıb.

“Report” xəbər verir ki, məlumata əsasən sentyabrın 27-də gecə saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

"İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir. Ciddi xəsarət alan olmayıb" deyə, məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi