İtkin düşmüş Biləsuvar sakini tapılıb

İtkin düşmüş Biləsuvar sakini tapılıb O, evdən çıxarkən yaş yarımlıq körpəsini və sənədlərini də aparıb
Hadisə
138
1 Avqust , 2017 16:59
İtkin düşmüş Biləsuvar sakini tapılıb
Report.az

Biləsuvar. 1 avqust. REPORT.AZ/ İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.

Yaxınlarının "Report"un Aran bürosuna verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək, Bakı şəhərində olduğunu bildirib.

O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.

İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.

Son xəbərlər

Orphus sistemi