İtkin düşmüş alpinistlərdən biri polis zabitidir - FOTO

İtkin düşmüş alpinistlərdən biri polis zabitidir - FOTO Bakı. 27 dekabr. REPORT.AZ/ “Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.
Hadisə
27 Dekabr , 2017 10:44
İtkin düşmüş alpinistlərdən biri polis zabitidir - FOTO

Bakı. 27 dekabr. REPORT.AZ/ “Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

Bu barədə “Report”a klubdakı mənbə məlumat verib.

B.Hüseynovun polis leytenantı olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

Son xəbərlər

Orphus sistemi