Bakı. 27 avqust. REPORT.AZ/ Samur-Abşeron su kanalından meyit tapılıb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Onun iyunun 6-da Şabran Rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib.
Araşdırma aparılır.