İtkin düşən neftçilərin ailə üzvlərinin axtarışda iştirakı üçün 3 helikopter ayrılıb

İtkin düşən neftçilərin ailə üzvlərinin axtarışda iştirakı üçün 3 helikopter ayrılıb Onlar "Günəşli" yatağındakı 10-cu və "Neft daşları"ndakı 501-ci özülə uçub ordakı axtarış-xilasetmə işləri ilə tanış olacaqlar
Hadisə
1506
29 Dekabr , 2015 11:09
İtkin düşən neftçilərin ailə üzvlərinin axtarışda iştirakı üçün 3 helikopter ayrılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ "Bizim xahişimizlə Fövqəladə Hallar Nazirliyi 3 helikopter ayırıb. Jurnalistlər və valideynlər "Günəşli" yatağındakı 10-cu və "Neft daşları"ndakı 501-ci özülə uçub ordakı axtarış-xilasetmə işləri ilə tanış olacaqlar".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.

X.Məmmədovun sözlərinə görə, dənizdəki qasırğa axtarış-xilasetmə işlərinə çətinlik yaradır.

"Hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xəzər Dənizi Gəmiçiliyinin helikopter və gəmiləri axtarış işlərinə cəlb edilib", - deyə X.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi