İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb

İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır
Hadisə
11 Yanvar , 2016 15:20
İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikaya gətirilməsi üçün tədbirlər görülür.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Son xəbərlər

Orphus sistemi