İsveç və Danimarka İraqda hərbi təlim missiyalarını dayandırıb

İsveç və Danimarka İraqda hərbi təlim missiyalarını dayandırıb Danimarkanın Bağdaddakı NATO missiyasında iştirakı da müvəqqəti olaraq dayandırılıb
Hadisə
4 Yanvar , 2020 16:47
İsveç və Danimarka İraqda hərbi təlim missiyalarını dayandırıb

İsveç və Danimarka silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlılarının komandiri general Qasım Süleymaninin öldürülməsi barədə xəbərlərdən sonra İraqdakı hərbi təlimçilərinin missiyalarını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Expressen" qəzeti və "Ritzaus Bureau" agentliyi məlumat yayıb.

İsveç Silahlı Qüvvələrin nümayəndəsi Kristina Svaan "Expressen"ə müsahibəsində hadisələrin inkişafını yaxından izlədiklərini, vəziyyətə uyğunlaşdıqlarını, hər bir halda əmdəkaşlarının təhlükəsizliyinin onlar üçün ən vacib amil olduğunu bildirib.

Qeyd edək ki, İsveç missiyası Yaxın Şərqə İraq tərəfinin dəvəti ilə 2015-ci ilin avqustunda gəlib. Krallıq ölkəsinin ekspertləri - 70 əsgər və zabit əsasən tibbi xidmət göstərilməsi, minalardan təmizlənmə, kimyəvi qorunma və digər sahələrdə təlimlər keçirirlər.

"Ritzaus Bureau" agentliyi isə Danimarkanın hərbi rəhbərliyinə istinadən İraqdakı hərbçilərin "Sarsılmaz Qətiyyət Əməliyyatı" çərçivəsində təlimləri dayandırdığını bildirib. Həmçinin Danimarkanın 10 qərargah zabit ilə təmsil olunduğu Bağdaddakı NATO missiyasında iştirakı da müvəqqəti dayandırılıb.

Danimarka qoşunları 2014-cü ildən bəri İraqdadır. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hazırda kontingent təxminən 130 nəfərdən ibarətdir və onların vəziyyəti normaldır. 

Son xəbərlər

Orphus sistemi