Yuxarı

​İstirahət mərkəzində oğurluq hadisəsi olub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 28 iyul. REPORT.AZ/ Yardımlı rayonunun Zeynələzir kəndində yerləşən istirahət mərkəzində Sumqayıt şəhər sakini Arzuman Abdullayevə məxsus içərisində 1100 manat və sənəd olan pul kisəsi oğurlanıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Rayon Polis Şöbəsi (RPŞŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Cavad Rəsulzadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi