Moskvada polisi qətlə yetirən azərbaycanlı həbs olunub - YENİLƏNİB

Moskvada polisi qətlə yetirən azərbaycanlı həbs olunub - YENİLƏNİB Azərbaycan sakini Nemət Rəşidov cinayəti törətdiyini artıq etiraf edib
Hadisə
30 May , 2015 21:57
Moskvada polisi qətlə yetirən azərbaycanlı həbs olunub - YENİLƏNİB

Bakı. 30 may. REPORT.AZ/ Moskvanın Çertanovski rayon məhkəməsi polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Nemət Rəşidovun həbsi barədə vəsatəti təmin edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu məhkəmənin hakimi deyib.

“Rəşidova qarşı iki ay müddətinə, yəni iyulun 27-dək həbs qətimkan tədbiri seçilsin”, — deyə o bildirib.

Təqsirləndirilən şəxs həbsi ilə bağlı etirazını bildirməyib.

İlk xəbər 20:31-də dərc olunub

Moskva şəhər Çertanovski rayon məhkəməsi yaxın vaxtlarda polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Nemət Rəşidovun həbsi barədə məsələni nəzərdən keçirməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Müstəntiqin müvafiq vəsatəti artıq məhkəməyə daxil olub. Saxlanılan şəxsin özü də, məhkəmə iclasında iştirak etmək üçün gətirilib", - deyə məlumatda bildirilir.

Moskvada altı ildir yaşayan Azərbaycan sakini Rəşidov artıq cinayəti törətdiyini etiraf edib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi Anatoli Yakunin jurnalistlərə açıqlamasında bildirib ki, Cinayət Axtarış İdarəsinin əməkdaşları Nemət ilə cinayətdə əlbir olan şəxslərin axtarışını davam etdirir.

"Hazırda ona (Rəşidova) qarşı İstintaq Komitəsində ittiham irəli sürülür, bu altı ildir Moskva ərazisində yaşayan Azərbaycan sakinidir. Onun rəsmi olaraq nə iş gördüyü barədə hələ ki, məlumatımız yoxdur, lakin daha çox onun bu illər ərzində mütəşəkkil cinayətkar qrupun tərkibində kriminal fəaliyyətlə məşğul olması fərziyyəsi üzərində dayanırıq.

Hazırda onunla quldurcasına basqın törədən bütün şəxslərin müəyyən edilməsi üçün istintaq və əməliyyat hərəkətləri aparılır", - deyə Yakunin bildirib.

Qeyd edək ki, mayın 27-də Moskva polisi içərisində ehtimal edilən cinayətkarın olduğu "Qazel"i təqib etməyə başlayıb. Maşını saxlayan zaman kişi polisə hücum edib və ona üç bıçaq zərbəsi endirib. O, daha sonra meşəyə qaçıb. 22 yaşlı polis əməkdaşı aldığı bıçaq yaralarından hadisə yerində keçinib.

Son xəbərlər

Orphus sistemi