Başqırdıstanda Azərbaycan vətəndaşlarının istintaqı başa çatdırılıb

Başqırdıstanda Azərbaycan vətəndaşlarının istintaqı başa çatdırılıb Rusiyada iki Azərbaycan və bir Rusiya vətəndaşına qarşı cinayət işinin istintaqı başa çatıb
Hadisə
16 Fevral , 2016 08:25
Başqırdıstanda Azərbaycan vətəndaşlarının istintaqı başa çatdırılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiya İstintaq Komitəsinin Başqırdıstan Respublikası üzrə istintaq orqanları tərəfindən Azərbaycan vətəndaşları Təhmas Babayev və Xəyal Hüseynov, həmçinin Rusiya vətəndaşı Əli Abbasova qarşı cinayət işinin istintaqı başa çatdırılıb.

"Report" İstintaq Komitəsinin saytına istinadən xəbər verir ki, onlar hadisədə rollarından asılı olaraq Rusiya Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər yetirmə, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma maddələri üzrə ittiham olunurlar.

İstintaqın məlumatına görə, 31 mart 2015-ci il tarixində Ufa şəhərinin Lenin rayon məhkəməsində öz həmyerlilərinə qarşı dələduzluq və zorakılıqda ittiham olunan müttəhimlərə qarşı cinayət işi üzrə məhkəmə iclası keçirilib. Həmin vaxt məhkəmə binası yaxınlığında müttəhim və zərərçəkənləri qohumları və tanışları gözləyib. Onlardan biri iki tərəf arasında münaqişəyə səbəb olub. Dava zamanı Abbasov və Hüseynov münaqişə tərəflərindən birinin iki qohumuna kəsilmiş-deşilmiş xəsarətlər yetirib, Babayev isə 48 yaşlı kişinin başını beysbol taxtası ilə zədələyib. Nəticədə zərərçəkən bir müddətdən sonra xəstəxanada keçinib. İki nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Digər bir nəfər isə ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıb.

Hazırda cinayət işi təsdiq edilmiş ittiham rəyi ilə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi