​İstanbuldan Bakıya gələn sərnişinin baqajından soyuq silah tapılıb

​İstanbuldan Bakıya gələn sərnişinin baqajından soyuq silah tapılıb Yalçın Muradova məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından 2 ədəd qara rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkarlanaraq götürülüb
Hadisə
21 avqust 2015 08:51
​İstanbuldan Bakıya gələn sərnişinin baqajından soyuq silah tapılıb

Bakı. 21 avqust. REPORT.AZ/ İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn Yalçın Muradovun baqajından soyuq silah çıxıb. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşı olan Y.Muradov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı Y.Muradova məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından 2 ədəd qara rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı Y.Muradov izahatında bildirib ki, baqajından aşkar olunan “beşbarmaq”ları Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.

Qurum faktla bağlı təhqiqat aparıldığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi