Bakı aeroportunda sərnişinin çantasında metal dəyənək aşkarlanıb

Bakı aeroportunda sərnişinin çantasında metal dəyənək aşkarlanıb Bu, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşında aşkar edilib
Hadisə
18 İyun , 2016 15:09
Bakı aeroportunda sərnişinin çantasında metal dəyənək aşkarlanıb

Bakı. 18 iyun. REPORT.AZ/ İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib, monitorda metal dəyənəyin təsvirləri əks olunub. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi yoxlama zamanı sərnişinə məxsus çamadanda olan şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, gümüşü rəngli metaldan hazırlanmış 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi