Yuxarı

İstanbulda terror qurbanı olan azərbaycanlının cənazəsi Bakıya gətirilib

İstanbulda terror qurbanı olan azərbaycanlının cənazəsi Bakıya gətirilib
Onun cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb

İstanbul. 3 yanvar. REPORT.AZ/ İstanbulda terror hadisəsi nəticəsində dünyasını dəyişən əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi yanvarın 2-də gecə saatlarında Bakıya göndərilib.

Bu barədə "Report"un Türkiyə bürosuna Rusiyanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib. 

Bildirilib ki, N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb: "Onun ailəsi də cənazə ilə bərabər Bakıya gedib". 

Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, N.Həsənovanın cənazəsi dayısına təhvil verilib  

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi