İstanbulda Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub

İstanbulda Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü İstanbulda onun adını daşıyan parkda qeyd olunub.
Hadisə
107
9 May , 2020 15:16
İstanbulda Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü İstanbulda onun adını daşıyan parkda qeyd olunub.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, konsulluq əməkdaşları, Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri və dərnək rəhbərləri iştirak ediblər.

Mərasimdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub, parkda ucaldılmış heykəlinin önünə əklillər və gül-çiçək dəstələri qoyulub.

Ziyarətçilər eyni zamanda parkın digər bir guşəsində yerləşən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü ziyarət edib önünə çiçək dəstələri düzüblər.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi