Yuxarı

İspaniyada tələbələri daşıyan avtobus qəzaya düşüb: 14 ölü

Tələbələrin əksəriyyətinin Erasmus proqramı üzrə təhsilə gələn əcnəbilər olduğu bildirilir

Bakı. 20 mart. REPORT.AZ/ İspaniyanın Kataloniya vilayətinin Taraqqona rayonunda ağır yol nəqliyyat qəzası baş verib. 

"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, universitet tələbələrini daşıyan avtobus Barselona şəhəri istiqamətində hərəkət edərkən yolun qarşı hərəkət zolağına çıxıb və minik maşını ilə toqquşub.

Qəza zamanı avtobusda olan 56 gəncdən azı 14-ü ölüb. Tələbələrin əksəriyyətinin İspaniyaya "Erasmus" proqramı üzrə təhsilə gələn əcnəbilər olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi