İspaniyada ildırım vurması nəticəsində 40 ev yanıb

İspaniyada ildırım vurması nəticəsində 40 ev yanıb İspaniyada güclü yanğın hadisəsi baş verib.
Digər ölkələr
12 Avqust , 2019 23:59
İspaniyada ildırım vurması nəticəsində 40 ev yanıb

İspaniyada güclü yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Elperiodico.es" məlumat yayıb. 

Məlumata görə, hadisə Kataloniyada, Jirona vilayətinin Ventalo bələdiyyəsində qeydə alınıb.

Qeyd edilir ki, yanğına ildırım vurması səbəb olub. Alov 1,5 min kvadrat metr ərazini əhatə edib. Hadisə nəticəsində 40 ev yanıb.

Alovun söndürülməsinə 6 yanğınsöndürən maşın cəlb edilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi