İsmayıllı. 29 dekabr. REPORT.AZ/ İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometliyində qeydə alınıb.
Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan “Niva” markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.
Faktla bağlı araşdırma aparılır.