İsmayıllıda Şamaxı sakinini avtomobil vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

İsmayıllıda Şamaxı sakinini avtomobil vuraraq öldürüb - VİDEO - YENİLƏNİB İsmayıllı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın əxslərin adları məlum olub.
Hadisə
3 Noyabr , 2019 13:52
İsmayıllıda Şamaxı sakinini avtomobil vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

İsmayıllı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın əxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Şamaxı rayon sakini Rəhimov İfadə Şakir oğlu yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan R.İfadə hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə yerləşdirilib. 


*** 11:48

İsmayıllı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı-Basqal yolunda qeydə alınıb. İlkin məlumatalara görə, naməlum piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi