İsmayıllıda qadın maşını aşırıb, ölən və yaralanan var

İsmayıllıda qadın maşını aşırıb, ölən və yaralanan var ​Faktla bağlı ​Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
1 Avqust , 2016 13:42
İsmayıllıda qadın maşını aşırıb, ölən və yaralanan var

İsmayıllı. 1 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qubaxəlilli kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Bakı şəhər sakini Vüsalə Quliyeva idarə etdiyi "BMW" markalı avtomobili aşırıb. Nəticədə, həmin avtomobildə olan sərnişin Bakı şəhər sakini Məryəm Quliyeva hadisə yerində ölüb, sürücü və digər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi