Bakı. 23 yanvar.
"Report"un məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 4-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 5-də İsmayıllı rayonunun İvanovka kəndində qeydə alınıb. Kənd sakini V.Kazakov idarə etdiyi "UAZ-69" markalı avtomobili dərəyə aşırıb.
Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Ona Cinayət Məcəlləsinin 263-1.3-cü (ölümlə nəticələn ağır qəza törətmək, avtomobili sərxoş halda və yaxud nəqliyyta vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.