Yuxarı

İsmayıllıda oğlunun yol qəzasında öldüyünü zənn edən ata infarktdan vəfat edib

​İsmayıllıda oğlunun yol qəzasında öldüyünü zənn edən ata vəfat edib

İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində baş vermiş ağır yol qəzasında xəsarət alan oğlunun öldüyünü zənn edən Diyalı kənd sakini Rəhman Nuğayev infarkt keçirib. Xəbəri qəfil eşidən və ürək xəstəsi olan R.Nuğayevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yol qəzası Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 1 nəfər - 1991-ci il təvəllüdlü Diyalı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər - 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Ramil Məhəmədağa oğlu, 1982-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İsmayılov İlkin İkram oğlu xəsarət alıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi