​İsmayıllıda iki maşın toqquşub, 1 nəfər yaralanıb

​İsmayıllıda iki maşın toqquşub, 1 nəfər yaralanıb Sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb
Hadisə
25 Mart , 2016 00:46
​İsmayıllıda iki maşın toqquşub, 1 nəfər yaralanıb

Bakı. 25 mart. REPORT.AZ/ Axşam saatlarında İsmayıllı şəhərində yol qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəza “Toyota” və “VAZ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə, “VAZ”ın sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-in yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi