Bakı. 23 mart. REPORT.AZ/ Bu gün DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya İsmayıllı şəhərinin Babadağ küçəsində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dalan 2 ev 1 ünvanına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əl qumbarası və partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.