Bakı. 12 noyabr. REPORT.AZ/ İsmayıllı rayonunda elektirik dirəyində təmir işləri aparan şəxsi cərəyan vurub.
"Report" xəbər verir ki, hadisə rayonun Hacıhətəmli kəndində baş verib.
Belə ki, İsmayıllı Rayon İşıq İdarəsinin işçisi Hüsaməddin Xusulu elektirik dirəyində təmir işləri apararkən cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.