İsmayıllıda evdən pul və xəncər oğurlamış şəxs saxlanılıb

İsmayıllıda evdən pul və xəncər oğurlamış şəxs saxlanılıb İsmayıllı. 23 yanvar. REPORT.AZ/ İsmayıllı rayonunda evdən pul və xəncər oğurlamış şəxs saxlanılıb.
Hadisə
23 Yanvar , 2018 12:07
İsmayıllıda evdən pul və xəncər oğurlamış şəxs saxlanılıb

İsmayıllı. 23 yanvar. REPORT.AZ/ İsmayıllı rayonunda evdən pul və xəncər oğurlamış şəxs saxlanılıb.

Bu barədə “Report”un Şirvan bürosuna DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-də rayonun Müşkəmir kəndindəki evlərin birindən 600 manat və 1 xəncər oğurlamaqda şübhəli bilinən rayon sakini Babək Əzimov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi