İsmayıllıda evdə partlayış, bir ailənin 3 üzvü xəsarət aldı - VİDEO

İsmayıllıda evdə partlayış, bir ailənin 3 üzvü xəsarət aldı - VİDEO İsmayıllı rayonunda evdə partlayış baş verib.
Hadisə
830
1 Mart , 2020 14:47
İsmayıllıda evdə partlayış, bir ailənin 3 üzvü xəsarət aldı - VİDEO

İsmayıllı rayonunda evdə partlayış baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus həyət evində güclü partlayış baş verib. 

Partlayışdan ev yararsız hala düşüb.

Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ər və arvadın vəziyyəti ağır olduğuna görə onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi