İsmayıllı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində İsmayıllı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirzadə Əmralı Ağasəməd oğlu idarə etdiyi "90-SR-979" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq çay yatağına aşıb. Hadisə zamanı sürücü və anası, 1963-cü il təvəllüdlü Əmirova Cəmilə Nəcməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, Ə.Əmirzadə xəstəxanada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün
***19:43
İsmayıllı rayonunda minik avtomobili yoldan çıxaraq aşıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb.
Qəza zamanı ölən və yaralananların olduğu bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.