İsmayıllıda avtomobil ağaca çırpıldı, sürücü öldü - VİDEO

İsmayıllıda avtomobil ağaca çırpıldı, sürücü öldü - VİDEO İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
610
1 Mart , 2020 14:18
İsmayıllıda avtomobil ağaca çırpıldı, sürücü öldü - VİDEO

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yol qəzası rayonun Quşencə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Eysan Nemət oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca və qaz borusuna çırpılıb.

Hadisə zamanı sürücü E. Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Qəzada xəsarət alan 1982-ci il təvəllüdlü Xələfov Səbuhi Zabit oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi