İsmayıllıda ahıl kişini avtomobil vurub

İsmayıllıda ahıl kişini avtomobil vurub İsmayıllı rayonunda 77 yaşlı kişini avtomobil vurub.
Hadisə
20 İyun , 2019 20:44
İsmayıllıda ahıl kişini avtomobil vurub

İsmayıllı rayonunda 77 yaşlı kişini avtomobil vurub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, NİVA markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən İsmayıllı rayon sakini, 1942-ci il təvəllüdlü Abbas Xasay oğlu Bayramovu vurub. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi