İsmayıllıda 8 aylıq hamilə qadın ölüb - YENİLƏNİB

İsmayıllıda 8 aylıq hamilə qadın ölüb - YENİLƏNİB İsmayıllı rayonunda yerləşdirildiyi xəstəxanada fünyasını dəyişən 8 aylıq hamilə qadının şəxsiyyəti məlum olub.
Hadisə
4 Dekabr , 2019 22:36
İsmayıllıda 8 aylıq hamilə qadın ölüb - YENİLƏNİB

İsmayıllı rayonunda yerləşdirildiyi xəstəxanada fünyasını dəyişən 8 aylıq hamilə qadının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Talış kənd sakini, 2002-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb. O, yerlişdirildiyi xəstəxanada hələlik məlu  omayan səbəbdən ölüb. 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə yerləşdirilib. 

N.İbrahimovanın ölümünün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


*** 21:39

İsmayıllı rayonunda hamilə qadın qəfildən dünyasını dəyişib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb. 

Belə mki, 8 aylıq hamilə olan qadını ailə üzvləri halsız vəziyyətdə "təcili yardım" avtyomobili ilə  İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi