İsmayıllıda 600 kq-dan artıq narkotik vasitə məhv edilib

İsmayıllıda 600 kq-dan artıq narkotik vasitə məhv edilib İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Hadisə
26 iyun 2020 07:04
İsmayıllıda 600 kq-dan artıq narkotik vasitə məhv edilib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  məlumat verilib. 

Belə ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Cülyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıq olan 522 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi