İsmayıllıda 4 bal gücündə zəlzələ olub

İsmayıllıda 4 bal gücündə zəlzələ olub Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub
Hadisə
13 Dekabr , 2016 09:26
İsmayıllıda 4 bal gücündə zəlzələ olub

Bakı. 13 dekabr. REPORT.AZ/ İsmayıllı rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 04:32:56-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4.4, dərinliyi 8 km olub.

Son xəbərlər

Orphus sistemi