​İsmayıllı və Göyçay rayonunun bir neçə kəndini sel suları basıb - FOTO

​İsmayıllı və Göyçay rayonunun bir neçə kəndini sel suları basıb - FOTO Güclü sel suları hətta bir avtomobili aparıb
Hadisə
12 İyun , 2016 20:14
​İsmayıllı və Göyçay rayonunun bir neçə kəndini sel suları basıb - FOTO

Bakı. 12 iyun. REPORT.AZ/ İsmayıllı rayonunun Talış, Kürdmaşı, Balik, habelə digər kəndlərini və əkin sahələrini, eləcə də Göyçay rayonunun İsmayıllı ilə yaxın olan Qaraməryəm, Yekəxana kəndlərini, taxıl sahələrini sel suları basıb. "Report"un məlumatına görə, güclü sel suları hətta bir avtomobili aparıb.

Bu gün günorta saatlarında leysan yağışın yağması səbəbindən yaranan sel suları hər iki rayonun bir neçə kəndinin təsərrüfat sahələrinə ciddi ziyan vurub. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin işçiləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi